Kredit məhsulu və biznes proseslərin təhlili şöbəsinin mütəxəssisi

İşin təsviri

Təsvir:

  • Yeni kredit məhsullarının yaradılmasına və mövcud kredit məhsullarının təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;   
  • Yeni kredit məhsullarının yaradılması məqsədilə təkliflər hazırlanan zaman onların Bankın biznes tələblərinə uyğunluğunun müəyyən edilməsi istiqamətində araşdırmalar aparmaq;
  • Bankın digər struktur bölmələri ilə birgə yeni kredit məhsullarının tətbiqini və kredit məhsulları üzrə biznes proseslərin optimallaşdırılmasını təşkil etmək;
  • Kredit fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Bankın mövcud kredit məhsullarının satış aktivliyini və rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;
  • Kredit məhsullarının inkişaf etdirilməsi məqsədilə rəqabət qabiliyyətliliyini itirmiş kredit məhsullarının şərtlərinin dəyişdirilməsi və ya onların ləğv olunması barədə təkliflər vermək;
  • Bankın kredit fəaliyyəti üzrə biznes proseslərin avtomatlaşdırılmasına və Bankın proqram təminatının optimallaşdırılmasına dair texniki tapşırıqlar hazırlamaq;
  • Mövcud kredit məhsullarının satışının həyata keçirilməsi istiqamətində, o cümlədən, yeni müştərilərin cəlb olunması və mövcud müştəri bazasının qorunması məqsədilə görülən tədbirlərdə iştirak etmək;    
  • Bankın kredit fəaliyyətini tənzimləyən, o cümlədən kredit məhsullarının şərtlərini müəyyən edən normativ aktlar aktuallığına nəzarət etmək və zərurət yarandığı təqdirdə onların hazırlanmasında və ya dəyişdirilməsində iştirak etmək;
  • İdarə və şöbə rəisinin şöbənin fəaliyyət istiqamətlərinə aid olan sahələr üzrə verdiyi tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
  • Analoji sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi olmalıdır. Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodları bilməli;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Azərbaycan dili - mükəmməl, xarici dillərin (Rus dili və İngilis dili) qənaətbəxş səviyyədə olması.

İşəgötürənin reytinqi