Tender və satış üzrə mütəxəssis

İşin təsviri

Görəcəyiniz işlər:

  • Daxil olan tender təkliflərinin, kotirovkaların qeydiyyatını aparmaq və onların aidiyyəti üzrə saxlanılmasını təşkil etmək;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət sahəsi ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Tələb olunan sənədlərin toplanması və icra üçün təqdim edilməsi;
  • Tender zamanı şirkəti təmsil etmək;
  • Müqavilələr üzrə danışıqların aparılması;
  • Tender və kotirovka protokollarının hazırlanması;
  • Yeni müştəriləri cəlb etməklə şirkətin müştəri bazasını artırmaq; 
  • Potensial müştəriləri tapmaq, onlara təkliflər vermək;

Namizədə tələblər:

  • Ali təhsilli,
  • Cinsi: fərqi yoxdur
  • Tender sahəsində 1-3 il təcrübəsi olmalı, 
  • Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli, 
  • Ofis texnikası ilə işləmə bacarığı, 
  • Microsoft Office proqramlarını bilməlidir, 
  • Səliqəli, punktual, xoş görünüşlü, 
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı
  • Fikrini izah etmək qabiliyyəti;
  • Ünsiyyət yaratmaq bacarığı;
  • İşə planlı yanaşması;

Əlavə məlumat:

  • Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.
  • İş qrafiki: 5 gün

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini e-mail ünvanına mövzu yerində “Tender və satış üzrə mütəxəssis” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.