İnsan resursları üzrə menecer

İşin təsviri

Ünvan: Bakı şəhəri, Atatürk pr. 2  

Komandamıza təcrübəli İnsan resursları üzrə menecer axtarırıq! 

İşin təsviri:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə, normativ hüquqi aktlarına, rəhbərin əmrlərinə müvafiq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmalarının vaxtında rəsmiləşdirilməsinə və həyata keçirilməsinə nəzarət etmək;
  • İşçilər üzrə cari və perspektiv planları işləyib hazırlamaq;
  • İşçilərə olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların müxtəlif informasiya resurslarında yerləşdirilməsi və uyğun namizədlərin seçilməsi;
  • İşçi heyətinin motivasiyası üçün materialların hazırlanması
  • Şirkət mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədi ilə müxtəlif növ layihələr, təlimlər və proqramların hazırlanması və tətbiq edilməsi;
  • İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması, təlimlərin qiymətləndirilməsi və hesabatların hazırlanması, təlimlərin sənədləşdirilməsi;
  • İş vaxtının rejiminə riayət etmək üçün gündəlik davamiyyət qeydiyyatının aparılması və ya müvafiq proqram təminatı vasitəsilə gündəlik yoxlanılması; 
  • Aylıq tabelin hazırlanması və tabelin maliyyə şöbəsinə təqdim edilməsi;
  • Məzuniyyət qrafiklərini tərtib etmək, verilən məzuniyyətlərin cədvəl  üzrə istifadə edilməsinə nəzarət etmək;
  • İşçilər üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
  • İşə qəbul, vəzifə dəyişikliyi və xitam proseslərinin idarə olunması;
  • Digər şöbə rəhbərləri ilə birlikdə işçilərin performans dəyərləndirilməsinin aparılması və rəylərin verilməsi;
  • İşçilərin şəxsi işlərini təhlükəsiz şəkildə qorumaq və mütəmadi olaraq yeniləmək;

Tələblər:

  • Ali təhsil;
  • Bu sahə üzrə minimum 5 il iş təcrübəsi;

  İş şəraiti:

  • Əmək haqqı: 2000 AZN – dən başlayaraq (Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyənləşdiriləcəkdir)
  • İş qrafiki: 5 günlük iş həftəsi;
  • İş saatı 09:00 – dan 18:00 - dək; 
  • İstirahət günü: Şənbə və Bazar günü;

Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü hissəsinə "İnsan resursları üzrə menecer" qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Son mürəciət tarixi: 20.05.2024