Satınalma üzrə mütəxəssis

İşin təsviri

Namizədlərə tələblər aşağıdakı kimidir:

  • Ali təhsil 
  • Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
  • Yerli və xarici satınalma (istehsalat sahələri üzrə) və təchizat üzrə azı minumum 3 il iş təcrübəsi
  • Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Analitik düşünmə, qərarvermə qabiliyyəti və kollektivdə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Yeni və xarici alışların təsdiq olunması üçün bir neçə məhsul nümunəsinin təqdim edilməsi;
  • Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Hesabatların hazırlanması və analiz olunması;

İş qrafiki: 5 günlük iş rejimi, İş saatları 09:00-18:00

Əmək haqqı: müsahibə nəticəsində müəyyən olunacaq.

Korporativ nömrə ilə təmin edilir,

CV-ləri “Satınalma üzrə mütəxəssis” başlığı ilə göndərməyiniz xahiş olunur.

KM Services tərəfindən digər vakansiyalar