Tender sənədləşmələri üzrə aparıcı mütəxəsis

İşin təsviri

İşin təsviri:

  • Tenderin Əsas Şərtlər Toplusunun hazırlanması/nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;  
  • Dövlət satınalmaları və özəl sektorda tender üzrə elanları daimi izləmək, həmin satınalamalar barədə rəhbərliyə daimi məlumat hazırlamaq;
  • Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması
  • Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət
  • Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması
  • Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;
  • Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırılmaların aparılması;
  • Potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
  • Təchiz olunan mal və xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə təchizatçılarla görüşlərin keçirilməsi;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
  • Tender prosesində şirkətin təmsil edilməsi.
  • Tender və kotirovka üçün forma blanklarının doldurulması və düzgünlüyünün izlənilməsi və etibarlı təchizatçılar bazasının yaradılması;; 
  • Sənədləri elektron satınalma portalına daxil etmək;
  • Cəmiyyətin digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərilməsi;
  • Tender Komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;

Tələblər:

  • Ali təhsil 
  • Azərbaycan dili (əla),  ingilis və rus dillərini bilməsi arzuolunandır
  • Microsoft Office (yaxşı), 
  • Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
  • Bazar araşdırılması etməyi bacarmaq;
  • Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi
  • Satınalma və tender prosesi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reysterin hazırlanması bacarıqları;

İş rejimi: 5 günlük, 09:00-18:00

Əmək haqqı: müsahibə nəticəsində müəyyən olunacaq.

Korporativ nömrə ilə təmin edilir.

CV-ləri “Tender sənədləşmələri üzrə mütəxəsis” başlığı ilə göndərməyiniz xahiş olunur.

KM Services tərəfindən digər vakansiyalar