İşin təsviri
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
- İcra olunacaq layihələrin hazırlıq mərhələsinə dair müayinə, mühəndis-axtarış və planlaşdırma işlərində iştirak etmək, tələb olunan sənədləri tərtib etmək və müvafiq hesabatların hazırlanması üçün tələb olunan məlumatları təqdim etmək;
- Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;
- Tikinti sahələrində yerinə yetirilən işlərə nəzarət etmək, işlərin hissəli və bütövlükdə qəbulunda, bitmiş bina/qurğuların təhvil-təslimində iştirak etmək;
- İş qrafikinə görə layihələrin izlənilməsi və onların gecikmə səbəblərinin aidiyyatı üzrə rəhbərliyə təqdim edilməsi;
- Layihə üzrə iş qrafikinin hazırlanması, hazırladığı iş qrafikinə uyğun olaraq layihə çizgilərinin incələnməsi və iş tipinə görə doğru planlamanın təmin edilməsi;
- Sahədə işlərin icra ardıcıllıqlarını və texnoloji həllərini bilmək və icra etmək;
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- İşlərə mühəndislik baxımından rəhbərlik etmək.
- Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparmaq və qrafik tərtib etmək;
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili – arzuolunandır;
- Kompüter bacarıqları: MS Office, Autocad;
- Tikinti normalarına dair biliklər;
- Yüksək səviyyədə ünsiyyət və komandada işləmək bacarığı.
Namizədlərdən şəkilli CV-lərini “İnşaat mühəndisi” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.