Təchizat üzrə mütəxəssis

İşin təsviri

İşin təsviri:

  • Bazarın, tədarükçülərin araşdırılması, tədarükçülərlə danışıqların aparılması, əlaqələrin yaradılması və şirkət üçün ən sərfəli şərtlərin razılaşdırılması;
  • Tədarük edilmiş məhsulların vaxtında təhvil-təslim edilməsinin təşkil edilməsi, tələbə uyğun olub-olmamasını müəyyən etmək və qeydiyyatının aparılması;
  • Sifarişlə bağlı tələbləri emal etmək, alınan məhsulların vaxtında çatdırılmasını, alıcının texniki şərtlərinə cavab verilməsini təmin etmək;
  • Malların qeydiyyatının aparılması;
  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması;
  • Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanılması;
  • Bütün tələb olunan təchizat prosesini şirkət üçün ən sərfəli olan yollarla aparmaq;
  • Təchizat fəaliyyətinə və təşkilatın prosedurlarına uyğun olaraq təkliflər vermək;
  • Təchizat prosesinin tələb olunan keyfiyyət standartlarına və təchizat məqsədlərinə cavab verməsini təsdiq etmək üçün müvafiq yoxlanışların həyata keçirilməsi;

Namizədə tələblər:

  • Ali təhsil (müvafiq sahə üzrə);
  • İş təcrübəsi: 1ildən yuxarı;
  • Yaş həddi: 23-40;
  • Azərbaycan dilində sərbəst şəkildə danışıq bacarığı;
  • Danışıqlar aparmaq və yüksək ünsiyyət bacarıqlarına malik olmaq;
  • Verilən tapşırıqları və alışları müəyyən edilən vaxt ərzində yerinə yetirmək qabiliyyəti və komanda şəklində işləmək bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Avtomobili olan namizədlərin müraciət etməsi xahiş olunur;

İş şəraiti:

  • İş qrafiki: 08:00-18:00  (6 günlük iş rejimi) 
  • Əməkhaqqı: 500-600 AZN
  • Nahar şirkət tərəfindən verilir

Göstərilən tələblərə cavab verən şəxslərin “Təchizat üzrə mütəxəssis” başlığı qeyd edərək CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 0102329258

Almond Cake and Bakery tərəfindən digər vakansiyalar