İnsan Resursları üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunma və digər kadr kargüzarlığına aid olan sənədlərin hazırlanması;
  • Sənədlərin imzaya təqdim edilməsi, qeydiyyata alınması, imzalanmış sənədlərin vaxtında müvafiq struktur və bölmələrə təqdim olunması;
  • Əmək kitabçalarının qəbulu (açılması), doldurulması, saxlanılması və əmək stajının hesablanmasının həyata keçirilməsi; 
  • İşçi tələbinə əsasən əmək fəaliyyətinə dair arayış və xasiyyətnamələrin hazırlaması;
  • İşçi məlumatlarının əməliyyat sisteminə işlənməsi, inzibati tənbeh və xəbərdalıqların icra edilməsi;

Tələblər:

  • Ali təhsil (insan resursları, menecment, sosiologiya vəya psixologiya sahələrində olması arzuolunandır) 
  • Əmək qanunvericiliyi sahəsində təməl biliklər;
  • Yaxşı ünsiyyət qurma bacarığı
  • Məsuliyyətli və diqqətcil olmalı
  • Öyrənmə və inkişafa yüksək həvəsli olmalı

Əlavə məlumatlar:

  • İş qrafiki: 09:00-18:00;
  • 5 günlük iş rejimi;
  • Gündəlik nahar və nəqliyyat xidməti;

Namizədlərdən CV-lərini mövzu yerinə "İnsan resursları üzrə kiçik mütəxəssis" yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.