İşin təsviri
Vəzifəyə tələblər:
- Ali təhsilli olmalı;
- MS Office proqramlarında işləyə bilməli;
- Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı olmalı;
- Ezamiyyətlərə gedə bilməli.
Vəzifə öhdəlikləri:
- Rəqib marketlərdə (2 həftəlik) öncədən təyin olunan (500-600 SKU) məhsulların qiymətlərinin araşdırılması;
- Kateqoriya tərəfindən istənilən məhsulların rəqib marketlərdə qiymət araşdırılması;
- Bazar araşdırması edərək rəqiblərdə olan məhsul çeşidlərini, bazara yeni daxil olan yerli və xarici tədarükçü mallarının araşdırmasını etmək;
- Bazar araşdırması edərək rəqiblərin həyata keçirdikləri kampaniyaları, endirimləri və məhsul qiymət təkliflərini araşdırmaq və daimi olaraq izləmək;
- Bazar araşdırmasını müxtəlif konseptdə olan ticarət müəssisələrində (hipermarket, supermarket, ekspres market, discount mağazalar və s.) aparmaq;
- Rəhbərliyin tələb etdiyi hesabatları dövri olaraq hazırlayıb təqdim etmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Gəncə şəhəri