Logistika üzrə mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Yüklərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını təkmilləşdirilməsi;
  • Daxil olan və göndərilən yüklərin, sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət;
  • Daşınma xərci, sığorta və gömrük rüsumları barədə məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasına nəzarət;
  • İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar olan hesabatları hazırlamaq və prosesə nəzarət etmək;
  • Nəqliyyat və gömrük sənədləri ilə bağlı bütün zəruri icazələrin hazırlanması;

Tələblər: 

  • Logistika istiqaməti üzrə təhsil
  • Heyət idarəetmə bacarığı;
  • Planlama və təşkilatçılıq bacarığı;
  • İş təcrübəsi: 2 il;
  • Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.).

İş şəraiti: 

  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; 
  • Nahar Şirkət tərəfindən təmin olunur; 
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə ”Logistika üzrə mütəxəssis”  yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.