Satınalma şöbəsin müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satınalma planının hazırlanması və gələcəkdə icra edilməsi; effektivliyi və səmərəliliyi təmin etmək məqsədi ilə şöbə üçün uzunmüddətli hədəfləri təyin etmək, təchizatçılar ilə ünsiyyət qurmaq; 
  • Satınalma üzrə komandanın fəaliyyətini, inkişaf planlarını və qiymətləndirmələrini hazırlamaq, məlumatlandırmaq və idarə etmək;
  • Satınalma komandası üçün satınalma ilə bağlı təlim proqramlarının hazırlanması və həyata keçirilməsi;; 
  • Satınalma ilə bağlı sənədlərin, təqdimatların, hesabatların hazırlanması;
  •  Satınalmaya aid beynəlxalq təcrübənin və ən son yanaşmaların izlənilməsi, şirkətdə tətbiqi üçün təkliflərin hazırlanması;
  • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması;
  • Şöbə üzrə meydana çıxan digər məsələlərin həlli;

Tələblər: 

  • Ali təhsil;
  • Göstərilən vəzifə üzrə ən azı 5 illik iş təcrübəsi;
  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Səlis Azərbaycan dili  Rus dili. İngilis dili bilikləri əlavə üstünlükdür;
  • Yaxşı səviyədə MS Office bilikləri; 
  • Komanda ilə işləmə bacarığı;
  • Təqdimat və təsiretmə bacarığı;

İş şəraiti: 

  • İş yeri: Xırdalan şəhəri
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ; 
  • Nahar Şirkət tərəfindən təmin olunur; 
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma şöbəsin müdiri” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.