İşin təsviri
Əsas vəzifə öhdəlikləri:
- Xarici tədarükçülərlə danışıqların aparılması, müqavilələrin bağlanılması, sifarişlərin hazırlanması və tədarükçülərə göndərilməsini təmin etmək;
- İdxal mallarının sistemə doğru tanıdılmasını təmin etmək;
- Qiymət dəyişiminin icra edilməsini nəzarətdə saxlamaq;
- Sifariş planlama, “stockout” hesabatını hazırlamaq;
- Nümunələrin çatdırılmasına nəzarət etmək;
- Ödəniş planını hazırlamaq və ödənişlərin icrasını təqib etmək;
- Yükləmə planı barədə müvafiq struktur bölməyə məlumat vermək və yükləmələri nəzarətdə saxlamaq;
- Xarici tədarükçülərə aid müvafiq sənədləşmələrin icrasını təmin etmək;
- Məhsulların depoya qəbul olunması və mağazalara göndərilməsini təqib etmək.
Tələb olunan bilik və bacarıqlar:
- MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel yaxşı səviyyədə) ;
- Logoda işləmə bacarığı üstünlükdür.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Təhsil: Ali;
- İş təcrübəsi: min. 1 il (müvafiq sahədə) ;
- Dil bilikləri (Rus dili əla, İngilis dili orta səviyyədə üstünlükdür);
- Yüksək kommunikasiya və təqdim etmə bacarığı.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İdxal üzrə Kiçik Mütəxəssis”yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.