Marketinq üzrə kiçik mütəxəssis

İşin təsviri

Təsvir:

  • Bazar trendlərini araşdırmaq, bazar tələblərinin müəyyən etmək və təkmilləşdirilməyə dair müvafiq təkliflər vermək;
  • Cari bazar şərtləri və rəqiblərin fəaliyyətinə dair dövri hesabatlar hazırlamaq;
  • Üçüncü tərəflərlə olan işləri koordinasiya etmək;
  • Marka standartlarının qorunmasına cavabdeh olmaq;
  • Marka mesajlarının davamlı olmasını təmin etmək;
  • Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək;
  • Marka imicinin, mövqelənmənin gücləndirilməsini təmin etmək;
  • Marka mesajlarının effektiv çatdırılması üçün mətbuatla əlaqələri idarə etmək;
  • Marketinq fəaliyətlərinin icrası, onlara nəzarət və nəticələr barədə hesabat vermək.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən könüllü tibbi sığorta ilə təmin olunur;
  • İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi əlavə edərək vakansiya üzrə müraciət edə bilərsiniz.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Tələblər:

  • Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalavr təhsili;
  • Marketinq sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
  • Yüksək səviyyədə azərbaycan, rus və ingilis dil bilikləri.(Azərbaycan dilində yazı orfoqrafiyasının yüksək səviyyədə olması mütləqdir);
  • Orta MS Office proqramları biliyi;
  • Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq;
  • Özünə əmin və dinamik xarakter;
  • Sürücülük vəsiqəsi arzuolunandır.

Səriştələr:

  • Məsuliyyətli;
  • Şəxsi inkişafa meylli;
  • Pozitiv;
  • Özünütəşkiletmə qabiliyyəti;
  • Nailiyyət yönümlülük;
  • Etibarlılıq;
  • Dürüstlük.

MKT İstehsalat Kommersiya MMC tərəfindən digər vakansiyalar