Biznesin inkişafı şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi

  • Embafinans
  • Elanın qoyulma tarixi: 12.02.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2012-cı ildən fəaliyyətə başlamış “Embafinans” Bank Olmayan Kredit Təşkilatı kimi müştərilərinin xidmətindədir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı fəaliyyətə hədəflənmişdir. Əsas fəaliyyət istiqaməti istehlak kreditlərinin verilməsi olan BOKT-nın 2014-cü il ərzində 130 kredit məntəqəsinin yaradılması nəzərədə tutulub. Bu istiqamətdə aşağıda qeyd olunan şöbə üzrə Biznesin inkişafı şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi” vakansiyası elan edilir:

• Bakı

Əsas vəzifə və öhdəliklər:

• Marketinq siyasətini, ona əlavə və dəyişikliklərin layihələrinin hazırlanması
• Mövcud partnyorlarla işin təşkili, partnyor şəbəkəsinin böyüdülməsi.
• Partnyorlarla birgə satışı stimullaşdıran tədbirlərin həyata keçirilməsi.
• Satışların artırılması üçün yeni şərtlərin təklif edilməsi.
• Satışların artırılması üçün kampaniyaların təşkil edilməsi.
• Rəqib bankların, satış şəbəkələrinin kredit şərtlərinin, qiymət siyasətinin öyrənilməsi və təhlili
• Yeni kredit məhsullarınn hazırlanmasında iştirak
• Təşklilatın KİV vasitəsilə reklam edilməsi, tanıdılması və müsbət imicinin yaradılmasının təşkili.
• Satışların planlaşdırılması.
• Təşkilatın tərəfdaşlarla əlaqələrinin qurulmasında iştirakı
• Marketinq strategiyasının hazırlanmasında iştirak edir;
• Kredit bazarın araşdırır və rəqiblərin fəalliyətinin müqayisəli təhlilini aparır;
• Yeni kredit məhsulun yaradılmasında iştirak edir;
• Mövcud kredit məhsullarının təkmilləşdirilməsi barədə təkliflər verir;
• Kredit satışının həcminin proqnozlaşdırılmasını aparır;
• Kredit satışına təsir göstərən faktorların araşdırılmasını aparır;
• Satış nöqtələrinin effektivliyinin hesablanmsını aparır;
• Reklam strategiyasının hazırlanmasında iştirak edir;
• Satış həcminin artırılması istiqamətində təkliflər verir;
• Müştəri məmnuyyətinin ölçülməsini aparır və onun yaxşılaşdırılması barədə təkliflər verir

Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:

• Ali təhsil (iqtisadiyyat, Marketinq, biznes, idarəetmə)
• İş təcrübəsi – mütəxəssislərə ən azı 1 il / aparıcı mütəxəssislərə ən azı 2 il
• Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı
• Azərbaycan dilində səlis danışmaq/yazmaq (xarici dil bilikləri olanlara üstünlük verilir)
• Müştərilərlə ünsiyyət qurma və komanda ilə işləmə bacarığı
• Məsuliyyətli,təşəbbüskar,dürüst, dəqiq və etibarlı kimi keyfiyyətlərə malik olmaq
•  Bank və ya bank olmayan kredit təşkilatında işləyən namizədlərə üstünlük veriləcək
• Hərbi xidməti bitirənlərə və ya hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir

Müracət və seçim qaydaları:

CV (resume) – lər [email protected] ünvanına göndərilməlidir.
Email göndərərkən Mövzu (Subject) qrafasında müraciət olunan vakansiya və region mütləq qeyd olunmalıdır. Əks halda ərizəniz natamam kimi qimətləndiriləcək və baxılmayacaq.

Sənədlərin son qəbul tarixi: ****
Yalnız ilkin seçilmiş namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə çağırılacaq.
Lütfən qeyd olunan tələblərə cavab verənlər müraciət etsinlər.
Lütfən telefon vasitəsilə müraciət etməyin.
İş qrafiki: 5 gün / saat 09.00-18.00

Əmək haqqı

• Mütəxəssislər: 600 AZN (gross)
• Aparıcı mütəxəssislər: 970 AZN (gross)