İR üzrə mütəxəssis

İşin təsviri

İş barəsində məlumat:

  • Şirkət daxili əmrləri tərtib etmək və müvafiq jurnallarda qeydiyyatının aparılması;
  • İşçilərin əmək müqavilələrini hazırlanması, onlarla bağlanmış müqavilələrə xitamın verilməsi, vəzifə dəyişikliyi barədə sənədləşmənin AR Əmək qanunvericiliyinə uyğun olaraq düzgün və vaxtında tərtib edilməsi;
  • İşçilərin şəxsi işlərini formalaşdırılması və sistemləşdirilməsi;
  • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasının hazırlanması, lazımi dəyişikliklərin oraya daxil edilməsi;
  • Əməkdaşlara lazım olan arayışların tərtib edilməsi;
  • Aylıq davamiyyət tabellərinin tərtib edilməsi;
  • İşçilərin vəzifə təlimatlarının tərtib edilməsi;
  • İş fəaliyyəti haqqında aylıq və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi.

Namizədə tələblər:

  • Müvafiq sahədə ali təhsil;
  • İnsan Resursları sahəsində ən azı 2-3 il iş təcrübəsi;
  • Beynəlxalq layihələrdə  2-3 il iş təcrübəsi ( əsəs vacib tələblərdən biri )
  • Azərbaycan, ingilis dillərini bilmək;
  • MS Office proqramlarında işləmək bacarığı; 
  • Rəsmi hesabatlara aid proqram və cihazlarda işləmək bacarığı.

Fərdi keyfiyyətlər:

  • Fərdi və komandada işləmək bacarığı 
  • Effektiv yazılı və şifahi ünsiyyət qurma
  • Xoşməramlı olması
  • Peşəkar münasibətlərin qurulması
  • Dəqiqilik və operativlik.

Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq.

Yuxarıdakı tələblərə cavab verən namizədlər tərcümeyi hallarını qeyd olunan email ünvanına göndərə bilərlər.