Layihə mühəndisi

  • IMA Energy MMC
  • Elanın qoyulma tarixi: 21.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

IMA Energy MMC 2009-cı ildə elektrik layihələndirmə sənayesinə yeni bir səviyyədə peşəkarlıq gətirmək məqsədi ilə yaradılmışdır. İxtisaslı və təcrübəli işçi heyəti ilə biz müştərilərin ehtiyaclarını hər zaman təmin etməyə borcluyuq. Sağlamlıq və təhlükəsizliyin müvafiq qanunvericiliyinə uyğun olaraq, mühəndislərimiz riskin qiymətləndirilməsinə uyğun olaraq həyata keçirilən bütün quraşdırma işləri ilə təlim keçmişdir. İMA Energy şirkəti həm iri, həm də, orta miqyaslı layihələrdə əməliyyat xidmətlərini göstərmişdir.

IMA-Energy MMC hal-hazırda “Azerbaijan 240 MW Wind Power" layihəsi üçün peşəkar “Layihə Mühəndisi” (ingilis dilində danışan, üstünlük olaraq bərpa olunan enerji sənayesində təcrübəsi olan) namizəd axtarır.

Vəzifə öhdəliyi:

  • Layihə məqsədlərinin, prosedurların, məlumat toplama metodlarının və korporativ siyasət çərçivəsində fəaliyyət standartlarının müəyyən edilməsində tikinti menecerinə dəstək göstərilməsi;
  • Tikinti fəaliyyətlərinin planlaşdırılması və ya zəruri yeniləmələrin hazırlanması və işçi heyəti və avadanlıq tələblərinin müəyyən edilməsi;
  • Layihə fəaliyyətini izləmək üçün test protokollarının yaradılması və idarə edilməsi;
  • Nəzarətçiləri və subpodratçıları tikinti cədvəlindəki hər hansı dəyişikliklər barədə dərhal məlumatlandırılması və tələblərin yerinə yetirilməsini təmin etmək üçün bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq edilməsi;
  • Büdcə, cədvəl və layihə məlumat bazalarının idarə olunması və layihə menecerinə müntəzəm olaraq irəliləyiş və xərclərə və ya cədvələ əhəmiyyətli təsir göstərə biləcək problemlər barədə hesabatların verilməsi;
  • Keyfiyyətə nəzarət və təminat üçün standartlar və spesifikasiyalara uyğunluğun idarə olunması.

Tələblər:

  • Çertyojlarda kifayət qədər təcrübəyə malik olmalıdır;
  • İngilis dili biliyi mütləqdir;
  • Microsoft Office (Excel, Outlook, Word, və Power Point) proqramlarında yüksək işləmə bacarığı;
  • Güclü analitik və problem həll etmə bacarıqları;
  • Güclü ünsiyyət və münaqişələrin həlli bacarıqları;
  • Əla təşkilatçılıq bacarıqları;
  • Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Komanda şəklində işləmə bacarığı.

Üstünlük verilən bacarıqlar və ixtisaslar:

  • Mühəndislik və ya əlaqəli sahədə bakalavr dərəcəsi (və ya ekvivalent);
  • PE (Professional Engineer) lisenziyası;
  • Verilənlər bazasının dizaynı və inkişafında təcrübə.
  • Müraciətinizi e-mail ünvanına göndərin: [email protected]