Təchizat və Satınalma üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi;
  • Satınalma və təchizatla bağlı xşirkətlərlə rəsmi danışıqların aparılması, partnyorların cəlb olunması; 
  • Potensial təchizatçıların və xidmət təminatçılarının məlumat bazasının yaradılması, təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi;  
  • Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi; 
  • İllik satınalma planının hazırlanması;
  • Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması, müqavilələrin hazırlanması;
  • Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması;
  • Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi;
  • Yerli bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi; 
  • Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi;
  • Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması;
  • Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması.
  • Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması.

Vəzifə ilə bağlı tələblər:

  • Müvafiq məhsulların satınalınması sahəsində minimum 1-2 il iş təcrübəsi olanlara üstünlük verilir;
  • Azərbaycan dilində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı; 
  • Rus və ingilis dili biliyi korporativ səviyyədə bilməlidir:
  • Ali təhsil;
  • Yaş həddi 25-35 arası namizədlər:
  • Planlama, analiz və idarəetmə bacarığı; 
  • MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması; 

Əlavə məlumat:

  • Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir.
  • İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. 
  • İşçi illik check up paketi ilə təmin olunur.
  • İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.

CV-lərinizi e-mail ünvanına "Təchizat və Satınalma üzrə Mütəxəssis/Aparıcı Mütəxəssis" başlığı ilə CV-lərinizi göndərməyiniz xahiş olunur. Yalnız qeyd olunan tələblərə uyğun namizədlərlə əlaqə saxlanacaqdır.

İşəgötürənin reytinqi