Lokal satınalma üzrə mütəxəssis

  • Gravity LTD
  • Elanın qoyulma tarixi: 05.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədlərə tələblər aşağıdakı kimidir:

  • Ali təhsil (iqtisadiyyat, maliyyə, biznesin idarə olunması arzu olunandır);
  • Yerli satınalma və təchizat üzrə azı 3 il iş təcrübəsi ;
  • İstehsalat sahələri üzrə satınalmalarda təcrübəyə üstünlük verilir;
  • Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
  • Məsuliyyətlilik və hesabatlılıq;
  • Analitik düşünmə və qərarvermə qabiliyyəti;
  • Ünsiyyətcil və kollektivdə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Hesabatların hazırlanması və analiz olunması;

İş qrafiki:

  • İş saatları 09:00-18:00, həftədə 5 gün
  • Əmək haqqı
  • Ə/H-Razılaşma əsasında, 
  • Telefon danışıqları təmin edilir,

CV-ləri “Lokal satınalma üzrə mütəxəsis” başlığı ilə göndərməyiniz xahiş olunur.