SƏTƏM üzrə Mühəndis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin bütün  işçi heyətini  təhlükəsizlik qaydaları ilə tanış etmək, işə yeni qəbul olan işçilərə giriş təlimatını keçmək və təlimat jurnalında qeydiyyat aparmaq;
  • Gündəlik olaraq iş sahələrində yoxlamalar aparmaq, nöqsan və çatışmamazlıqların aradan qaldırılması üçün lazımi tədbirləri işləyib hazırlamaq və icasına nəzarət etmək;
  • Əmək fəaliyyəti zamanı bədbəxt hadisələrin baş verməməsi üçün önləyici tədbirlərin həyata keçirilməsinə nəzarət etmək;
  • Qəzalar, hadisələr barəsində araşdırma aparmaq, qeyd etmək və dərhal məlumat vermək;
  • İş yerlərində gündəlik, həftəlik, aylıq, rüblük və illik (ümumi və detallı) yoxlamaların (inspeksiyaların) aparılması;
  • Əmək qanunvericiliyi sisteminə daxil olan normativ aktların tələblərini, aparılan işlərin həcmini nəzərə alaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi üçün təkliflər verməyi, iş yerində baş verən bədbəxt hadisələrin səbəblərinin təhlili və qarşısını almaq üçün tədbirlər planı hazırlayır və onların həyata keçirilməsini təşkil etməyi, iş yerində əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməyi təmin etmək;
  • Müvafiq təlimatların işlənib hazırlanmasında, istehsalatda bədbəxt hadisələrin araşdırılmasında, əl əməyinin, ağır və zərərli işlərin kompleks mexanikləşdirilməsinə, həmin işlərin ixtisara salınması üzrə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Riskləri müəyyən etmək və idarə etmək üçün risk və risk qiymətləndirmələrinin aparılmaq.

Namizədə dair tələblər:

  • Təhsil: SƏTƏM ilə əlaqəli mühəndislik diplomu (SƏTƏM üzrə sertifikatların olması üstünlükdür);
  • Təcrübə: Mühəndislik və ya SƏTƏM  ilə əlaqəli sahədə müvafiq dərəcə və təcrübə.
  • Hadisələri formal araşdırma bacarığı
  • İdarəetmə, nəzarət və iş prosesnidə yaranmış problemləri asanlıqla həll etmə bacarığı.
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət qurma bacarığı.
  • MS Office proqramlarında işləmə bacarığı.
  • Komanda mühitində işləmə qabiliyyəti.
  • Yazılı, şifahi, diaqram və ya cədvəl formatında göstərilən müxtəlif təlimatları şərh etmək bacarığı.

İş qrafiki:

  • İş saatları: Qanunvericiliyin tələblərinə uyğun olaraq
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: Şənbə, Bazar

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir
  • AR Əmək Q. əsasən rəsmiləşdirilmə
  • Əmək haqqı:  Müsahibə əsasında təyin olunacaq

Uyğun namizədlər öz cvlərini “SƏTƏM üzrə Mühəndisi” başlığı ilə e-mail ünvanına göndərə bilərlər.