Audit

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Maliyyə hesabatları barədə məlumatlı olması;
  • Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək;
  • Rəhbərlik üçün audit müşahidələri və müvafiq fəaliyyət planı daxil olmaqla audit hesabatını hazırlamaq / nəzərdən keçirmək; 
  • Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
  • Audit nəticələrinin düzgün sənədləşdirilməsini təmin edən sübutları toplayaraq nəzərdən keçirmək;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
  • Auditin layihəsinin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətinin müəyyən edilməsinə dair hesabatların hazırlanması,

Bilik, bacarıqlar və təcrübə: 

  • Ali iqtisadi (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum üç illik təcrübə); 
  • Audit prosedurlarını həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Daxili prosedurlar, Şirkət tərəfindən təklif edilən məhsullar və həmin prosedurlara/məhsullara edilmiş dəyişikliklər haqda məlumatlı olmaq;
  • Şirkətin fəaliyyət sahəsini tənzimləyən dövlət icra orqanının tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları;
  • Idarəetmə və liderlik bacarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • MS Office, xüsusilə Excel bilikləri
  • 1C proqramında sərbəst işləmə bacarığı (əla)
  • Məsuliyyətli, dəqiq və peşakar
  • Rus dili biliyi olmalı
  • Cins : qadın və ya bəy

Şərtlər:

  • İş qrafiki həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək
  • İş yeri- Tbilisi prospekti
  • Əmək haqqı razılaşma yolu ilə.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma; 

CV-ləri mail ünvanına göndərməyiniz xahiş olunur.