Maliyyə üzrə mütəxəssis

  • AZERMASH
  • Elanın qoyulma tarixi: 15.09.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri: 

  • 1C 8.3 proqramında maliyyə əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək.  
  • Maliyyə rəhbərinin tapşırığı ilə hesabatları sistemdən çıxarmaq və ilkin təhlilini aparmaq.
  • Hesabatlarda olan məlumatların düzgünlüyünü yoxlamaq, uyğunsuzluq olduqda rəhbərliyə məlumat vermək.  
  • Xərclər, gəlirlər, balans və dövriyyə hesabatlarının hazırlanmasında aktiv iştirak etmək.  
  • Maliyyə analizləri üçün tələb olunan filtrlərə uyğun hesabatların hazırlanması.
  • Proqramda məlumatların düzgün daxil edilməsinə nəzarət və ehtiyac olduqda düzəlişlər etmək.  
  • Hesabat dövrləri üzrə müqayisəli təhlil aparmaq və nəticələri rəhbərə təqdim etmək.  

Namizədə tələblər

  • Müvafiq sahə üzrə təhsil
  • Mövcud sahədə ən az 3-5 il təcrübəsi
  • MS Office, xüsusilə Excel bilikləri (əla-yoxlanılacaq)
  • 1C proqramında sərbəst işləmə bacarığı (əla)
  • F3 (ACCA) sertifikatı arzuolunandır
  • Məsuliyyətli, dəqiq və peşakar
  • Rus dili (arzuolunandır)
  • Cins: qadın
  • Analitik düşünmə qabiliyyəti

Şərtlər:

  • İş qrafiki həftədə 5 iş günü, saat 09:00-dan 18:00-dək
  • İş yeri - Tbilisi prospekti
  • Əmək haqqı 1200 Azn
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə alınma; 

CV-ləri Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.