Müştəri Xidmətləri Koordinatoru

İşin təsviri

Namizədə olan tələblər:

  • Təhsil: Ali;     
  • İş təcrübəsi: müvafiq sahədə 1 il;     
  • MS Office (Word, Excel) proqramlarında işləmək bacarığı olmalı.

Vəzifə öhdəlikləri:

  • Daxil olan sorğuların (ticketlərin) CRM sistemində düzgün qeydlərinin aparılması və müvafiq əməkdaşlara yönləndirilməsi;
  • Müştəri əlaqələrinin idarəedilməsi (CRM) tətbiqi üzərindən müştəri sorğularına əsasən Lead-lərin yaradılması;
  • Daxil olmuş müştəri şikayətlərinin müvafiq şöbələrlə əlaqələndirilməsi;
  • Daxil olan müştəri sorğularının həftəlik və aylıq statistikasının hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
  • Müştəri Əlaqələrinin İdarəedilməsi (CRM) tətbiqi üzərindən  qeydə alınan LEAD-lərə və DEAL-lərə nəzarət edilməsi;
  • Lead və Deallərin vaxtında emal olunmaması səbəblərinin dəqiqləşdirilməsi və gecikmə hallarının aradan qaldırılmasının təşkil edilməsi;
  • Mövcud platformaların istifadə qaydalarında olunan dəyişikliklərin mənimsənilməsi və bu barədə satış mütəxəssislərinin və MXM-lərin məlumatlandırılması;
  • İtirilmiş Deal-lərin səbəblərinin araşdırılıb qeyd edilməsi;
  • Yeni müştərilərin kontakt məlumatlarının sistemə daxil olunmasının təmin edilməsi;
  • Satış nöqtələrindən yönləndirilən şikayətlərin cavablandırılması və həlli üçün taskların yaradılması;
  • CR Satış planın hazırlanması və hədəflərin təyin edilməsi;
  • Customer Journey planınlarının hazırlanması və təkminləşdirilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 637-731 AZN;
  • İş qrafiki : Həftəiçi 5 gün (8:30-17:30);   
  • Servis xidməti. 

Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).   

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri Xidmətləri üzrə Koordinator” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən  namizədlərlə əlaqə saxlanılacaqdır.