İş icraçısı

  • Hermes-S
  • Elanın qoyulma tarixi: 02.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı: Razılaşma yolu iləİş barədə məlumat:

  • Tikinti-quraşdırma işləri iə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
  • Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
  • İşlərin layihəyə uyğun yerinə yetirilməsini təmin etmək;
  • İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq;
  • Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq;
  • Cari və baza qiymətləri ilə smeta tərtib etmək;
  • Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək,

Tələblər:

  • Ali təhsilli (inşaat mühəndisi);
  • Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli;
  • Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
  • Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli;
  • Layihələri oxumağı və təhlil etməyi bilməli;
  • Azərbaycan və rus dillərini bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
  • Bu sahə üzrə 5 il iş təcrübəsi olmalı;
  • MS Office ( Word, Excel), Auto Cad proqramlarında işləməyi bilməli;
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;

İş qrafiki: Bazar ertəsi – Şənbə:  09:00  - 18:00

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “İş İcraçısı”  yazmaqla öz CV-lərini e-mail ünvanına göndərə bilərlər.