Smetaçı-mühəndis

  • Hermes-S
  • Elanın qoyulma tarixi: 03.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Verilmiş layihələrə əsasən iş həcmlərinin müəyyən edilməsi;
  • İşçi layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinə dair smeta sənədlərinin tərtibatı;
  • Tərtib edilmiş smetanın texniki və iqtisadi cəhətdən əsaslandırılması;
  • Smetanın tərtibi üçün bazar qiymətlərinin analiz edilərək xidmətlərin, materialların, işçi qüvvəsinin və s. vahid qiymət həcminin müəyyən edilməsi;
  • Yerli və beynəlxalq tender layihə sənədlərinin dəyərləndirilməsi;
  • Tender sənədlərinin analizi və layihə riskinin müəyyən edilməsi;
  • Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
  • Layihələr arasında iş həcmləri və qiymətləndirmənin müqayisəsi və təhlil edilməsi;
  • İnşaat materiallarının qiymətlərinin cari bazar qiymətlərinə uyğunluğunun yoxlanılması və təsdiq edilməsi;
  • Qiymətləndirmə standartlarının və prosedurlarının təkmilləşdirilməsində iştirak;
  • Aylıq və illik texniki hesabatların təqdim edilməsi;
  • Ümumi layihə planının tərkibində xüsusi cədvəllərin, tikinti cədvəlinin və işin icrası üzrə metodikanın hazırlanması;
  • Layihələndirmə ve mühəndislik, quraşdırma xərcləri, məhsuldarlığın təhlili, işçi qüvvəsi daxil olmaqla iş həcmininin toplanması və smetaya interqrasiya edilməsi.

Tələblər:

  • Mülki İnşaat Mühəndisliyi üzrə ali təhsil;
  • Eskiz və İşçi Layihəni oxuma bacarığı;
  • İnşaat sahəsində, cari vəzifədə ən azı 4 il təcrübə;
  • Ms.Office proqramları, Excel əla səviyyədə;
  • Məsuliyyətli, dəqiq və işinin vaxtında, keyfiyyətli təhvil verilməsi bacarığı;
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı.

  İş qrafiki:

  • Bazar ertəsi – Şənbə:  09:00  - 18:00

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “Smetaçı-mühəndis” yazmaqla öz CV-lərini göndərə bilərlər.