Memar-dizayner

  • Hermes-S
  • Elanın qoyulma tarixi: 27.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
  • Obyektə ilkin baxış və ölçü işlərinin aparılması;
  • İlkin eskiz layihənin hazırlanması;
  • Eskiz layihənin aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
  • İşçi layihənin hazırlanması
  • Tikintinin layihələndirilməsində aidiyyəti şəxslərlə birgə işləmək bacarığı
  • Müstəqil və eyni zamanda komanda daxilində işləmək bacarığı
  • İş vaxtı: 1-6 gün.(6-cı gün yarım iş günü (10:00-15:00-a qədər))
  • Bazar günü istirahət.
  • İş Saatı : 09:00-dan 18:00-a qədər.
  • 1 saatlıq nahar fasiləsi.
  • Maaş müsahibə əsasında,bilik və bacarığa əsasən təyin olunur.

Tələblər:

  • Memarlıq sahəsi üzrə ali təhsil (mütləqdir).
  • Müasir fasad və tikinti materialları, işıqlandırma, santexnika qurğuları və mühəndis həlləri haqqında məlumatlı olmalı.
  • ArchiCAD və AutoCad proqramlarında peşəkar işləyə bilməli (3Ds max, Adobe Photoshop arzuolunandır)
  • Tikinti normaları, qaydaları, təhlükəsizlik qaydalarını bilmək mütləqdir.
  • Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.
  • Layihədə ölçüləri vaxtında və dəqiq təhvil verməli. 

Vakansiya ilə maraqlanan namizədlər mövzu yerində “İnteryer dizayner” yazmaqla öz CV-lərini göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.