Satış üzrə mütəxəssis (Fortex showroom)

İşin təsviri

Vəzifə üzrə əsas öhdəliklər:

  • Məhsulların tanıtma işlərini təşkil etmək.
  • Müştərilərlə rahat ünsiyyətin qurulması, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması, məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat vermək.
  • Müştəri ehtiyaclarını müəyyən etmək və müvafiq həlləri tövsiyə etmək.
  • Məhsulları peşəkar və bilikli şəkildə müştərilərə təqdim etmək və izah etmək.
  • Müsbət və peşəkar davranışla müştərilərə xidmət etmək.
  • Səbr və anlayış göstərərək mövcud problemləri həll etmək.
  • Müsbət biznes və müştəri əlaqələri qurmaq, inkişaf etdirmək və qoruyub saxlamaq.
  • Məmnuniyyəti artırmaq üçün müştəri problemlərinin və şikayətlərinin həllini sürətlə icra etmək.
  • Müəyyən edilmiş şirkət strategiyasına uyğun bir şəkildə çalışmaq.

Vəzifə üzrə əsas tələblər:

  • Ali təhsil.
  • Satış sahəsində iş təcrübəsi mütləqdir. (Qapı, tikinti materialları, dizayn məhsulları və s. oxşar sahələrdə çalışanlara üstünlük verilir)
  • Satış prosesini və dinamikasını başa düşmək.
  • Effektiv dinləmə, yazılı və şifahi ünsiyyət bacarıqları.
  • Mükəmməl şəxsiyyətlərarası bacarıqlar, o cümlədən həm müştərilər, həm də təchizatçılarla tez bir zamanda əlaqə qurmaq bacarığı.
  • Word, Excel və Outlook daxil olmaqla Microsoft proqramlarından sərbəst istifadə bacarığı.
  • Azərbaycan və Rus dilində sərbəst danışıq və yazı qabiliyyəti mütləqdir.
  • Yaş həddi 23-40 yaş arası

İş şəraiti:

  • İş qrafiki: Həftənin 6 günü
  • İstirahət günü: Bazar.
  • Nahar şirkət tərəfindən təmin olunur.
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.

Əmək haqqı namizədin bilik və bacarıqlarına, şəxsi işgüzarlıq və peşəkarlıq səviyyəsinə əsasən müəyyən ediləcək. 

Vakansiyanın adını Mövzu yerində qeyd etməklə, CV-nizi e-mail ünvanına göndərə bilərsiniz. 

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.