Ofis Administratoru

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 01.04.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ofis sistemlərinin işlək vəziyyətdə olmasını təmin etmək, işçi heyətin çalışmasına şərait yaratmaq;
  • Ofis işçilərinin müəyyən tapşırıqlarını icra etməklə onlara köməklik göstərmək: e-mail  və SMS vasitəsilə məlumatları bölüşmək, telefon zənglərini cavablandırmaq, printer/çap işləri üzrə sifarişləri və ofis/dəftərxana materiallarının alınmasını qeydiyyata almaq;
  • Şirkətə daxil olan məktubların qəbul edilməsi/göndərilməsi, jurnalda lazımi qaydada məktubların qeydiyyatının aparılması;
  • Qonaqların qəbul olunmasının təşkilatçılığı;
  • Şirkətə daxil olan zənglərin cavablandırılması, məktubların, sənədlərin yönləndirilməsi;
  • İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
  • Direktorun iştirakı ilə keçirilən iclasların təşkilatçılığı və iclas tapşırıqlarının icrasına nəzarət edilməsi;
  • İşçilərin ofis avadanlığı (kompüter və digər ləvazimatlar daxil olmaqla) ilə təmin edilməsi və ofis avadanlığının təhvil-təslim prosesinin aparılması.
  • Ofisin istismar şəraitini nəzarətdə saxlayaraq, tələb olunan təmir işlərinin vaxtında icra olunmasını təşkil etmək; 

Namizədə tələblər:

  • Ali təhsil 
  • Ofis proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • İngilis dili yaxşı səviyyədə, rus dili əla.
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
  • Təşkilati bacarıqlar, ünsiyyətcil və danışıq aparmaq bacarığı;

Əlavə məlumat:

  • Həftə ərzində 5 günlük iş qrafiki;
  • Könüllü tibbi sığorta ilə təmin edilir;
  • Karyera yüksəlişi imkanı mövcuddur; 
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin ediləcək.