Elektrik (Bilgəh)

İşin təsviri

Vəzifə funksiyaları üzrə gözləntilərimiz:

  • Obyektlərin yardımçı istehsalat və xidmət göstərən elektrik təsərüfatının fasiləsiz enerji təchizatını təmin edir;
  • Elektrik avadanlığının istismar və təmirini  təmin edir;
  • Elektrik enerjisinin qənaətlə işlədilməsinə nəzarəti edir;
  • Elektrik təsərrüfatlarının istismarı üçün lazım olan sifarişləri və hesablamaları tərtib edir;
  • Elektrik cihazlara nəzarət edir;
  • Elektrik qurğularını qış şəaitində işləmək üçün hazırlamaq məqsədi ilə tədbirlər işləyib hazırlayır və onların icrasına nəzarət edir;

Kvalifikasiyaya olan tələblər:

  • 3 ildən yuxarı iş təcrübəsi;
  • İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
  • İnşaat norma və qaydalarını bilməlidir

İş şəraitimiz:

  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur, rəqabətli əmək haqqıdır);
  • İş qrafiki 6 günlük;
  • Mehriban komanda;
  • Perspektivli iş şəraiti;
  • Şirkətin digər benefitləri

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə email ünvanına Azərbaycan dilində göndərməkləri xahiş olunur.