Təchizatçı

İşin təsviri

İşin təsviri: 

  • Daxil olan sifarişlərin icrasını həyata keçirmək; 
  • Mövcüd təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərə sorğular göndərmək, təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək və müdiriyyətin təsdiqinə göndərmək;
  • Alınmış malların qeydiyyatının aparılması;
  • Alınan məhsulların müvafiq standartlara cavab verməsinə nəzarət etmək, onların qəbulunda iştirak etmək, ehtiyaclar üzrə vaxtında aidiyyatı müəssisə və qurumlara sifarişlər verilməsi istiqamətində tədbirlər görmək;
  • Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
  • İstehsal üçün lazım olan müəssisənin daimi maddi-texniki resurslarla təminatının hazırlanmasında iştirak etmək;
  • Təsdiq edilən təkliflər əsasında satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi;
  • Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək;
  • Təchizat şöbəsinin meneceri tərəfindən tələb olunan hesabatları mütəmadi olaraq tərtib edərək təqdim etmək;
  • Şirkətin bütün prosedur və təlimatlarına, həmçinin təchizat etikalarına riyaət etmək.
  • Təmirə ehtiyacı olan işlərin müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması;
  • Ofis binasında maksimum təmizliyin olması üçün təmizlikçilərin mal, material və alətlərlə təmin olunmasını təşkil etmək. 
  • Ona tabe olan işçilərin nizam intizam qaydalarına etməsinə nəzarət etmək.
  • Ofis içində yaranan texniki problemlərin aradan qaldırılması
  • Anbara daxil olan və çıxan malların uçotunun aparılması;
  • Şirkətin sanitar qaydalara uyğun səliqəli və təmiz saxlanılmasını təmin etmək;
  • Sifarişlər üçün ayrılan pul vəsaitinə görə məsuliyyət daşımalı;
  • Rəhbərliyə aylıq görülən işlər ilə bağlı hesabatın göndərilməsi;
  • Baş verən fors-major hadisələr ilə bağlı rəhbərliyə məlumat verilməsi;
  • Tabeçiliyndəki materialların zərər görməməsi üçün lazımi nəzarəti və təhlükəsizliyi təmin etmək.
  • İstifadə üçün nəzərdə tutulmuş bütün məhsullar haqqında məlumatların dəqiq qeydiyyatını aparmaq;
  • Təsərrüfat məsələləri ilə bağlı işçilərin müraciət və şikayətlərini həll etmək;
  • Nəqliyyatların sığortasına nəzarət

Tələblər:

  • Ali təhsilli olmalı;
  • Dil bilikləri: Azərbaycan dili – səlis; Rus-dili - yaxşı
  • Kompüter bilikləri: MS Office
  • Dinamik, öyrənməyə həvəsli, idarəçilik və təşkilatçılıq bacarığı
  • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; 
  • Yaş:
  • Stresə davamlılıq və komandada işləmək bacarığı; 


İş şərtləri:

  • İş qrafiki: Tam iş günü (5 gün); (şənbə yarım ştat)  
  • İş yeri : BAKI
  • İş saatları: I-V günlər 09:00-18:00;  şənbə günü 10:00-15:00
  • Əmək haqqı: (1500-1700 AZN) Rəqabətə davamlı. 
  • Cins: Kişi
  • Yaş: 28-40

 

Əlaqə: +994507170700

Email: [email protected]