Problemli kreditlərin yığımı üzrə operatoru

İşin təsviri

Görəcəyiniz işlər:

  • Problemli kredit portfellərinə nəzarət etmək;
  • Hər bir gecikmə üzrə müştərilərlə ödənişlərini təmin etmək üçün mütəmadi əlaqə saxlamaq;
  • Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlər görmək;
  • Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək;
  • Hesabatların hazırlanması və vəzifə öhdəliklərini dəqiqliklə, məsuliyyət ilə yerinə yetirmək;
  • Şirkətin rəhbərliyi tərəfindən tapşırılan digər vəzifə və öhdəliklərini həyata keçirmək.

Bu vəzifə üzrə ideal namizəd:

  • Aidiyyati sahə üzrə 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Biz təklif edirik:

  • Müasir ofis;
  • Sürətlə inkişaf edən Fintech şirkətinin bir hissəsi olmaq;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Tibbi sığorta təminatının verilməsi (sınaq müddəti bitdikdən sonra);
  • Dadlı və limitsiz qəhvə;
  • “Team building” tədbirlərinin keçirilməsi.

Şərtlər:

  • İş vaxtı: Keçici cədvələ uyğun olaraq 3 (üç) növbəli iş rejimi (09:00-dan 18:00-dək; 10:00-dan 19:00-dək; 11:00-dan 20:00-dək). Nahar vaxtı 1 saat;
  • Əmək haqqı: 500 azn (net) + 550 KPI bonus;
  • Ünvan: Bakı şəhəri, Xətai rayonu “Demirchi Tower” Biznes Mərkəzi;