Satış üzrə Supervayzer

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satış hədəflərinin yerinə yetirilməsi;
  • Ərazidə şirkətin icra və planoqram, merçendayzinq standartlarının yerinə yetirilməsinə nəzarət etmək;
  • Müştərilərlə ünsiyyətin qurulması;
  • Marketlərdə əlavə satış yerlərinin razılaşdırılması;
  • Rut üzrə market ziyarətlərinin icrası; 
  • Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərini izləmək;
  • Tabeliyində olan satış təmsilçilərinin və merçendayzerlərin fəaliyyətinə rəhbərlik etmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il təcrübə;
  • MS office bilikləri (üstünlükdür);
  • Rus dili biliyi üstünlükdür;
  • Şirkət daxili nizam-intizam qaydalarına riayət etmək;
  • Komandanı idarəetmə bacarığının olması;
  • Ünsiyyət qabiliyyətinin olması;
  • Şəxsi avtomobilin olması mütləqdir (yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən qarşılanır). 

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi elektron poçt ünvanına “Subject” (mövzu) hissəsində vakansiyanın adını (“Satış üzrə Supervayzer”) qeyd etməklə  göndərə bilərsiniz.

İşəgötürənin reytinqi