Mars Overseas Baku


Mars Overseas, hər bir ailənin süfrəsində yer alan yüksək keyfiyyətli məhsulları istehsal edən və satışını həyata keçirən nüfuzlu bir şirkətdir.

Şirkət öz uğurlu fəaliyyətinə 1999-cu ildə başlamışdır. Eyni ildə qida & içki sektorunda dünyanın ən nüfuzlu şirkətlərindən biri olan “Pepsico” ilə bağlanan tərəfdaşlıq müqaviləsinə əsasən Pepsico məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüququna sahibdir. Günümüzədək bu dəyərli tərəfdaşımızla əlaqələrimizi daha da genişləndirməyə və gücləndirməyə əzmlə müvəffəq olmuşuq.

Şirkətimizin əsas fəaliyyəti meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların istehsalı və satışıdır. Uzun və keşməkeşli bir yol qət edərək içki sektorunda bazarın aparıcı şirkətlərindən birinə çevrilmişik. Bütün regionları əhatə etmək və öz müştərilərimizə daha yaxşı xidmət göstərmək məqsədilə regionlarda distributorlarla əməkdaşlığımızın sayını gündən-günə artırırıq.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?