İşin təsviri
Vəzifə və məsuliyyətlər:
- Təsdiq olunmuş plana uyğun olaraq, Bakı şəhəri və regionlarda yerləşən filiallarda mütəmadi monitorinqlər, anbar və kassa sayımı proseslərini həyata keçirmək;
- Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirmək;
- Əsaslı analitik prosedurları həyata keçirmək və rəhbərliyə məruzə etmək;
- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;
- Aşkarlanmış çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək.
Tələblər:
- Təhsil: Ali Tibb təhsilli (Maliyyə, Mühasibatlıq)
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi (daxili auditor, xarici auditor kimi işləməsi arzu olunandır);
- Beynəlxalq Maliyyə Uçotu Standartları barədə, yerli vergi və maliyyə uçotu sahəsində minimal biliklərin olması – ACCA (xüsusilə, “F3”) sertifikatlarına sahib olması arzu olunandır;
- MS Office proqramları ilə işləmə bacarığı və 1C üzrə biliklər;
- Dil bilikləri: İngilis dili – orta, Rus dili– orta;
- Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
- Kollektivlə işləmə bacarığı;
- Operativ, gördüyü işə cavabdehlik.
Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Daxili audit üzrə mütəxəssis (Maliyyə üzrə)” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.