Logistika üzrə mütəxəssis

  • ALCO MMC
  • Elanın qoyulma tarixi: 15.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Bakı ərazisində yaşaması;
  • Ali (bakalavr və magistr) təhsilli olması;
  • Sahə üzrə müəyyən biliklərə sahib olması;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olması;
  • Ümumi ünsiyyət qurma qabiliyyətinin olması;
  • Azərbaycan, rus, ingilis və digər dilləri səlis  bilməsi.

Vəzifə funksiyaları:

  • Beynəlxalq qaydalara uyğun nəqliyyat şirkətləri ilə əlaqə yaratmaq;
  • Yol nəqliyyat sənədlərini (CMR, SWB, Nakladnoy, BL və s.) səlis şəkildə hazırlamaq;
  • Elektron maillər vasitəsilə şirkət siyasətinə uyğun qaydada yazışmalar aparmaq;
  • Gəmi xətləri ilə birbaşa işləmək və onların sistemlərində sifarişləri (Booking) verə bilmək;
  • Dəmiryolu daşınması zamanı, mesplan, naryad alınmasını və digər işləri icra etmək;
  • Mümkün qədər görülmüş işlə bağlı yaranmış problemləri vaxtında həll etmək;
  • Şirkətdaxili nizam-intizam qaydalarına riayət etmək;
  • ISO sertifikatlarının tələblərinə uyğun sənədləşmə və prosedurlara əməl etmək;

Əmək haqqı: Görəcəyi işdən asılı olaraq 1200-2500 Azn aralığı.

Əlavədə göstərilən formada doldurulmuş CV-lərinizi mail ünvanına göndərməyiniz xahiş olunur.

Tel: 012-505-68-10/11