İşin təsviri
                
                
                                
                Vəzifə Öhdəlikləri:
	- Tətbiqlərin konteyner texnologiyaları vasitəsilə qurulması və effektiv idarə edilməsi
 
	- Konteyner orkestrasiya alətlərinin qurulması, idarə edilməsi və yaranan problemlərinin aradan qaldırılması
 
	- Bütün mühitlər üçün CI/CD pipeline-larının qurulması, tətbiqi və dəstəyin göstərilməsi (dev, pre-prod, prod)
 
	- Versiya kontrol sistemləri ilə konfiqurasiya dəyişikliklərinin idarə edilməsi
 
	- Təkrarlanan proseslərin avtomatlaşdırılması üçün Bash, PowerShell, və ya Python scriptlərin yaradılması
 
	- IaC mühitinin dizayn edilməsi və qurulması
 
	- Monitoring alətlərinin (logging, monitoring, tracing) qurulması və idarə edilməsi
 
	- Standartlara uyğun olaraq Devops mühitində təhlükəsizlik qaydalarının tətbiq edilməsi
 
	- Developer, infrastruktur və digər kross-funksional komandaları arasında kommunikasiyanı və əməkdaşlığı təşviq edərək proseslərin davamlı təkmilləşdirilməsi
 
	- DevOps metodologiya və alətləri ilə bağlı dokumentasiyanın və instruksiyaların yaradılması və yenilənməsi
 
	- DevOps sahəsində son trendlərin, texnologiyaların və ən yaxşı praktikaların davamlı öyrənməsi və yeniliklərinin izləməsi
 
Namizədə olan tələblər:
	- İş təcrübəsi: Devops sahə üzrə 3 il iş təcrübəsi tələb olunur.
 
	- Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
 
	- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
 
Texniki bilikləri:
	- Linux əməliyyat sistemlərinə dair yüksək səviyyəli biliklər
 
	- Docker, Kubernetes, Ansible üzrə biliklər və praktiki təcrübə
 
	- Azure Devops üzərində development alətləri üzrə yüksək səviyyəli biliklər
 
	- Git versiya kontrol sistemləri üzrə biliklər
 
	- Monitoring və Logging texnologiyaları ilə bağlı biliklər – Prometheus/ Grafana, ELK, EFK və s.
 
	- Helm Chart və helm operatorlarla iş təcrübəsi
 
	- Storage -lərlə bağlı biliklər – Gluster FS, NFS
 
	- API Gateway ilə işləmə təcrübəsi
 
	- TCP/IP, DNS, HTTP/HTTPS, load balancing üzrə biliklər və praktiki təcrübə
 
Üstünlüklər:
	- Veb (İİS) serverlərinə dair yüksək səviyyəli biliklər
 
	- Kompüter bilikləri: Kubernetes (k8s):əla , Docker:əla
 
	- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.
 
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.