Satınalma mütəxəssisi

  • Medeks
  • Elanın qoyulma tarixi: 15.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsilin olması (tibbi təhsilin olması əlavə üstünlükdür) vacibdir
  • Yüksək ünsiyyət qurma qabiliyyətinin olması
  • Problemi sərbəst həll etmə qabiliyyətinin olması
  • Vaxtdan səmərəli istifadə etmə qabiliyyətinin olması
  • Dürüst, ciddi, səbirli və məsuliyyətli olmalı
  • Vəzifə öhdəliklərini tam şəkildə dərk edib, onlara məsuliyyətlə yanaşmalı
  • Öz üzərində işləmək həvəsi, analitik düşünmə və yenilikləri öyrənmək bacarığı
  • Təlimlərdə iştirak etmək üçün yaxın və uzaq işguzar səfərə hazır olması
  • Yaş: 24-35
  • Kompyuter biliyi (Word, Excel, Power point, Outlook)
  • Dil bilikləri - Azərbaycan dilini səlist, Rus və Ingilis dillərində sərbəst/yaxşı səviyyədə danışıq, yazışma və fikrini qarşı tərəfə çatdıra bilmə qabiliyyəti

Vəzifələr:

  • Satınalma-təchizat zənciri üzrə tapşırıqların yerinə yetirilməsi
  • Verilmiş sifarişlərin və təchizatların icrası, logistika və müvafiq sənədlərin əldə edilərək vaxtında təqdim edilməsi
  • Mövcud və potensial müştərilərlə əlaqələrin saxlanılması və inkişafı
  • Daxil olan sorğulara müvafiq satınalma təkliflərinin hazırlanıb təqdim edilməsi
  • Satış məqsədilə təqdimatların keçirilməsi
  • Müştərilərlə və təchizatçılarla ünsiyyət qurmaq və dəqiq məlumatı çatdırmaq bacarığı
  • Mövcud bazarın və rəqiblərin analizi
  • Bazarın tələbinə uyğun təkliflərin araşdərəlması və formalaşdırılması
  • Müştərilərə sistemli şəkildə səfər etmək və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradılması;
  • Verilən tapşırıqları deadline-lar üzrə vaxtında və səmərəli icra etmək
  • Aylıq və həftəlik hesabat vermək

İş şəraiti:

  • AR Əmək məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki-5 günlük
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək haqqı razılaşma yolu ilə

  Vakansiyaya uyğun namizədlər öz CV-lərini elektron ünvanına gözlədikləri əmək haqqı məbləğini qeyd etməklə göndərə bilərlər.

Dil bilikləri, bacarığı CV-də qeyd olunanlara uyğun olmayan namizədlər narahat etməsinlər.