Müştəri Sorğuları Arxa ofis şöbəsində Əməliyyatların icrası qrupunun Kiçik Mütəxəssisi

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 15.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Bütün sifarişlərin, əməliyyatların və müştəri ödənişlərinin və onunla əlaqədar əməliyyatların dəqiq və səhvsiz icra edilməsi;                                                                                                                    
  • Bank daxili strukturlar arasında təsdiq edilmiş XSM-nə uyğun olaraq, müştəri sorğuları ilə əlaqədar daxili və xarici müştərilərdən gələn sorğuların vaxtında cavablandırılmasının təmin edilməsi;
  • Müştəridən daxil olan şikayətlərin idarə olunması, problemlərin müəyyənləşdirilməsi və prosedurların yoxlanması, müştəri məmnunluğunu təmin etmək üçün rəhbəri ilə birlikdə müştəri ilə bağlı hər hansı problemli situasiyaların həlli yollarının axtarılması;
  • Müvafiq daxili proseslərə uyğun olaraq məhsullar üzrə standart və güzəştli tarif məlumatlarının sistemlərdə yenilənməsinin təmin edilməsi.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə 2-3 il
  • Xarici dillər: Rus (səlis), Ingilis (orta)
  • Kompüter bilikləri: Microsoft Office
  • Digər bacarıqlar: Qərarvermə, analitik düşünmə, koçinq bacarığı, başqalarını istiqamətləndirmək və idarə etmək, hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

İşəgötürənin reytinqi