Account Manager

  • Sharaf Media
  • Elanın qoyulma tarixi: 13.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş haqqında məlumat:

  • Layihələrin gedişatına sərbəst şəkildə rəhbərlik etmək;
  • İdarə etdiyi markaların nümayəndələri ilə müntəzəm olaraq danışıqlar aparmaq;
  • Həyata keçirilən layihələrdə məsul şəxs qismində çıxış etmək, ortaya çıxa biləcək problemlərin həllini təmin etmək;
  • Tapşırıqların komanda arasında bölüşdürülməsi və prosesi nəzarət altında saxlamaq;
  • Öhdəliyinə verilmiş markaların daimi inkişafı üçün təkliflər irəli sürmək və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələr təklif etmək;
  • Hər bir marka üçün cəlbedici SMM təqdimatlar və aylıq hesabatlar hazırlamaq.

Namizədə dair tələblər:

  • Yerli və eləcə də xarici markalarla rahat ünsiyyət üçün Azərbaycan və Rus dillərində səlis kommunikasiya və yazı bacarığı;
  • Reklam agentliklərində layihələrin idarə edilməsi üzrə minimum 2 il iş təcrübəsi;
  • Kreativ yanaşma tərzi, planlı və operativ olmaq;
  • Peşəkar təqdimat bacarıqları;
  • Komanda və tərəfdaşlar arasında doğru ünsiyyət;
  • Yüksək ünsiyyət bacarığı, sərbəst şəkildə qərar vermə, nəticəyönümlü olmaq;
  • Problemlərə operativ və doğru şəkildə yanaşma tərzi.

Biz təklif edirik:

  • Pozitiv, əyləncəli komanda mühiti;
  • Azərbaycan Respublikasının Əmək məcəlləsinə uyğun şəkildə rəsmiləşmə;
  • Fəaliyyətə uyğun olaraq maaş və təcrübə artımı.

İş rejimi və ünvan:

  • B.e.-Cümə - 09:00-18:00
  • Azure Business Center, 10-cu mərtəbə

Əmək haqqı müsahibə əsasında təcrübə və biliklərə uyğun olaraq təyin olunacaq.

CV-nizi "Account" başlığı ilə e-poçt ünvanına göndərməyi unutmayın!

İşəgötürənin reytinqi