Müştəri xidmətləri mərkəzinin rəhbəri

  • Biopet.shop
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifələriniz:

  • Müştəri xidmətləri mərkəzinin işçi heyətinin işinin düzgün, effektiv və tələblərə uyğun qaydada təşkili və idarə olunması;
  • Müştəri xidmətləri departamentini əməkdaşlarının iş yükünün planlaşdırılması, düşgün bölgüsü və nəzarəti;
  • Səlahiyyətində olan əməkdaşlardan təqdim olunan hesabatların incələnməsi, təhlili
  • Gündəlik, həftəlik və aylıq statistik hesabatların rəhbərliyə təqdim edilməsi;
  • Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya minimuma endirilməsi, müvafiq öncəlik tədbirlərinin görülməsi;
  • Şirkətin daxili intizam, etik davranış, məxfi məlumatların açıqlanmaması və digər qaydalara riayət olunması;
  • Mərkəzə daxil olan telefon zənglərinin və məktubların cavablandırılması;
  • Sistem üzrə zənglərin, social mediadan gələn sorğuların qeydiyyatının aparılması;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi;
  • Müştəri mərkəzinin yeni gələn əməkdaşlaşlarının (təcrübəçilərin) təlim ehtiyaclarına uyğun təlim planı və proqramlarının hazırlanması;
  • Tədris materiallarının hazırlanmasında iştirak etmək;
  • Təlim planının icrası prosesində lazımi kommunikasiyanı həyata keçirmək;
  • Təlim prosessini həyata keçirmək.

Namizədlərə tələblərimiz:

  • Yaş – 25 – 35 
  • Müvafiq sahə üzrə ən azı 2 il peşəkar təcrübə
  • Rus dili mükəmməl səviyyədə bilməsi  mütləqdir;
  • Komandada işləmə bacarığı;
  • Ali təhsil 
  • 1C proqram təminatında iş təcrübəsinin olması müsbət qarşılanır. 
  • Analitik düşünmə və problemləri həll etmək bacarığı
  • Məsuliyyətlilik, komandada işləmə bacarığı
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları.
  • Punktual, məsuliyyətli, məqsədyönlü; 

İş haqqında məlumat:

  • İş qrafiki - 6 günlük iş rejimi

Biopet.shop Sizə nə təklif edir:

  • Cavan və peşəkar kollektivdə işləmək fürsəti 
  • Karyera inkişafı

Maraqlanan namizədlərin öz CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur. Mövzu yerində Müştəri xidmətləri mərkəzinin rəhbəri yazılması vacibdir və ya +994 10 232 92 67 əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiz.