Aktuari

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 07.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

  • Strukturlu və struktursuz məlumat toplusunun emalının həyata keçirilməsi;
  • Trendlər, oxşarlıqlar və uyğunluqların müəyyən olunması üçün böyük məlumat toplusunun işlənilməsi;
  • “Data visualization” üsullarından istifadə edərək məlumatların təqdim edilməsi;
  • Biznes problemləri üçün həllərin hazırlanması;
  • Aktuar hesabatların hazırlanması və təhlili;
  • İT, marketinq, satış, Agile və maliyyə komandaları ilə sıx əməkdaşlığın qurulması;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Biliklər:

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat və ya digər müvafiq sahələr üzrə təhsil;
  • Yaxşı səviyyədə aktuar riyaziyyat, statistik təhlil üsulları və təqdimat bacarıqları;
  • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan, İngilis və Rus dillərində yüksək səviyyədə biliklərin olması. 

Təcrübə:

  • Aktuar sahəsi üzrə ən azı 1-2 il iş təcrübəsi tələb olunur.

Bacarıqlar:

  • Təqdimat bacarıqları;
  • Məsuliyyətlilik;
  • Müsbət təfəkkür;
  • Dəqiqlik;
  • Yaxşı ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşüncə;
  • Təşəbbüskarlıq;
  • Yaradıcılıq; 
  • Komandada işləmək bacarığı.

Son müraciət tarixi: 07 aprel, 2024

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.

İşəgötürənin reytinqi