Mal Qəbulu üzrə Mütəxəssis

  • AGRO-VEST RETAIL
  • Elanın qoyulma tarixi: 05.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşçiyə qoyulan tələblər:

  • Məsuliyyətlilik və stresli iş rejiminə davamlılıq;
  • Yaş həddi: 23-35;
  • İş təcrübəsi-1 ildən artıq (Satış, mal qəbulu, anbar uçotu istiqamətində);
  • MS Office proqramlarından sərbəst istifadə edilməsi üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Məhsulun və ya digər mal-material qiymətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, onların tarixinə və xüsusiyyət ardıcıllığına uyğun olaraq anbara yığılmasına, saxlanılmasına, satışa buraxılmasına nəzarət etmək, habelə anbar sahəsindən daha səmərəli istifadəsi və axtarışının tezləşdirilməsi nəzərə alınmaqla, səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi.
  • Keyfiyyət nəzarətçiləri tərəfindən geri qaytarılan məhsullarına nəzarət edərək qeydiyyatını aparmaq, və geri qaytarmalar haqqında mağaza müdirinə məlumat vermək.
  • Mühasibatlıq tərəfindən verilən satış ümumisi və rutlar üzrə cədvəl əsasında məhsulların çeşidlərlə yığılması və avtomobillərə yüklənməsinə nəzarət və rəhbərlik etmək;
  • Yeni gələn malların bir öncə gələn məhsullardan arxa sıralara səliqəli yığılmasına nəzarət və rəhbərlik etmək;
  • Anbarın vaxtı-vaxtında təmizliyinə və çeşidlənməsinə nəzarət etmək;
  • Anbarda əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməklə yükləmə-boşaltma işlərinin aparılmasını, rekvizitlərinin yığılmasını, mühafizə olunmasının və vaxtında tədarükçüyə qaytarılmasının təşkil edilməsinə rəhbərlik və nəzarət etmək.
  • Anbarda saxlanılan mal-maddi dəyərlərinin qorunmasını təmin etmək, habelə onların saxlanma rejiminə daima nəzarət etmək;
  • Anbar əməliyyatlarının uçotunu aparmaq.
  • Anbardara onun ixtisasına və vəzifə səlahiyyətlərinə uyğun digər işlər də həvalə edilə bilər;
  • Anbarın təmiz və səliqəli saxlanmasına nəzarət etməli;
  • Rəsmiləşdirilmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsinə, müəyyən olunmuş hesabatın tərtib edilməsinə nəzarət və rəhbərlik etmək.

İş şərtləri:

  • Stabil iş;
  • Icbari sığorta;
  • Əmək haqqı: 700 AZN;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş vaxtı: 8.00 – 17.00;
  • İstirahət günləri: Bazar günü;
  • Ərazi: Bakıxanov filialı.

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində ”Mal Qəbulu” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.