Keyfiyyətə nəzarət üzrə mütəxəssis

  • AGRO-VEST RETAIL
  • Elanın qoyulma tarixi: 17.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri: 

  • Marketlərdə gündəlik olaraq keyfiyyət yoxlamaları aparmaq;
  • Keçirilmiş yoxlamalar üzrə hesabatları hazırlamaq, proseslərin səmərəliliyini təhlil etmək və rəhbərinə təqdim etmək;
  • Uyğunsuzluq aşkar edildikdə, market rəhbərliyinə və aidiyyəti şöbələrə məlumat vermək;
  • Uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər planı hazırlamaq, icrasını izləmək və lazım gəldikdə təkrar yoxlama aparmaq;
  • Üzərinə düşən sənədlərin hazırlanması, izlənməsi və müvafiq qaydada saxlanılmasını təmin etmək;
  • Market əməkdaşlarına sanitar-gigiyenik normalar və qida təhlükəsizliyi üzrə məsləhətlər vermək və lazım gəldikdə təlimlər keçmək;
  • Dövlət orqanları tərəfindən keçirilən illik və növbədən kanar yoxlamalar zamanı rəhbərlik tərəfindən verilən göstərişə əsasən yoxlama komissiyalarını qarşılamaq və lazım gəldikdə onlarla birlikdə yoxlamada iştirak etmək;
  • Şirkətin keyfiyyət standartlarına və daxili qaydalarına uyğun olaraq fəaliyyət göstərmək və daxili auditini həyata keçirmək;
  • Həftəlik və ya aylıq olaraq mərkəzi anbarda keyfiyyət yoxlamaları aparmaq və bu yoxlamalar üzrə hesabatlar hazırlayaraq rəhbərinə təqdim etmək;
  • Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq keyfiyyət normalarına əməl etmək;
  • Daim Şirkətin mənafeyini və imicini qorunmasını təmin etmək;
  • Rəhbərlik tərəfindən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

 Tələb olunan fərdi və funksional keyfiyyət meyarları:

  • Yalnız kişi namizəd;
  • Təhsil: Ali ;
  • Şəxsi nəqliyyat vasitəsinin olması üstünlükdür;
  • MS Office proqramlarını (xüsusən Excel və Word);
  • Azərbaycan Respublikasının qida təhlükəsizliyi və gigiyena üzrə qanunvericilik tələbləri bilməli;
  • Beynəlxalq idarəetmə standartlarının ISO 9001:2015 (Keyfiyyət idarəetmə sistemi), 22000:2018 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi) tələblərini bilməli;
  • Məhsulların saxlanma və daşınma şərtlərinə dair tələbləri bilməli;
  • Anbar və market şəraitində temperatur və nisbi rütubət nəzarəti üzrə normaları bilməli.

İş şəraiti:

  • Əmək haqqı: 800-1000 AZN; 
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00 -18:00; 
  • Nahar, korporativ nömrə, avtomobilin amortizasiya və yanacaq xərcləri şirkət tərəfindən qarşılanır.
  • İş yeri: Bakı şəh., Bakıxanov qəs.Bəşir Bünyadov küç.

Maraqlanan namizədlər öz CV formalarını mövzu hissəsinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazaraq mail ünvanına göndərə bilərlər.