İşin təsviri
İşçiyə qoyulan tələblər:
- Təhsil-İqtisadiyyat və ya Maliyyə sahəsi üzrə;
- İş təcrübəsi-1 il (və ya 1 ildən artıq);
- 1C, MS Excel bilikləri;
- Detallara diqqət etmək, məsuliyyət və dəqiqlik;
- Retail istiqaməti üzrə iş təcrübəsinin olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Mühasibat və vergi uçotunun aparılması qaydalarını rəhbər tutaraq uçotun aparılması;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin 1C proqramında) əks etdirilməsi;
- Daxil olan elektron qaimə fakturaların doğruluğunu yoxlamaq;
- Mühasibat uçotu üzrə ilkin sənədləşmənin təşkili (müqavilə, hesab-faktura, təhvil-təslim aktları və s.);
- Elektron qaimələrin yazılması;
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirilməsi.
İş şərtləri:
- Əmək haqqı: 500-700 AZN;
- Nahar şirkət tərəfindən təmin edilir
- İş vaxtı: 9.00 – 18.00
- İstirahət günləri: Şənbə və Bazar günü.
Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.