Aparıcı mühasib

İşin təsviri

“Glolynx Azərbaycan” MMC olaraq idarə etdiyimiz hər bir qazma layihəsində təcrübə, etibarlılıq və təhlükəsizlik gətirir. Bizim qazma podratçılarımız xidmət və müştərilərimizin ehtiyaclarını ödəmək məsələsində ən yaxşısı olmağa çalışırlar. 

Bizim yüksək təlim keçmiş mühəndis, qazmaçı və yardımçı heyətimizlə hər bir layihəni tez və səmərəli şəkildə başa çatdırmaq üçün bizə etibar edə bilərsiniz. Biz özəl və dövlət layihələri üçün təməl qazma və neft-qazma işlərində ixtisaslaşmışıq.

Biz aparıcı qazma şirkətlərindən biri olmaqdan qürur duyuruq.

Öhdəliklər:

  • Vergi hesabatlarının (Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi; 
  • DSMF, İşizlik, Statistik hesabatlarının hazırlanması və təqdim edilməsi; 
  • EQF, HF tərtib olunması və göndərilməsi; 
  • Bank hesabları və kassa üzrə əməliyyatların həyata keçirilməsi; 
  • Vergi organı ilə yazışmaların aparılması; 
  • Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqqlarının və digər ödənişlərinin aparılması;
  • Məhsulun maya dəyərinin hesablanması;
  • Əsas vəsaitlərin uçotunun aparılması

Tələblər:

  • Ali təhsil (mühasibat uçotu, maliyyə) 
  • Vergi Məcəlləsini bilməli; 
  • 1C proqramı ilə işləmək bacarığı; 
  • Microsoft Excel proqramında sərbəst işləmək bacarığı;
  • Müvafiq sahədə 3 ildən az olmayan iş təcrübəsi;

Yumşaq bacarlıqlar:

  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
  • İnandırma və təqdimat bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq
  • Təşəbbüskarlılıq və tələbkarlılıq

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını e-mail ünvanına göndərin.