Hüquqşünas

İşin təsviri

Öhdəliklər:

  • Alqı-satqı, xidmət, satınalma və digər növdə olan əqdlərin layihələrini hazırlamaq, Cəmiyyətin adından bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy vermək, müqavilələrin qüvvədə olma müddətinə nəzarəti həyata keçirmək;
  • Xarici və yerli şirkətlər ilə bağlanan/yenilənən müqavilələrin hüquqi cəhətdən incələnməsi və təsdiqlənməsi;
  • Müqavilə formalarının hazırlanmasında iştirak etmək;
  • Şirkətin struktur bölmələrinə hüquqi yardım etmək, onlardan daxil olan sorğuları cavablandırılması;
  • Şirkət daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün riayət olunmasına dair dəstək olmaq;
  • Dövlət orqanları və ictimai təşkilatlarla işgüzar yazışmalar aparılması;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətləri müvafiq qaydada cavablandırılması; 
  • Beynəlxalq müqavilələrin və sazişlərin hüquqi cəhətdən incələnməsi və rəy verilməsi; 
  • Qanunvericiliydə edilmiş dəyişiklikləri/əlavələri izlənilməsi və aidiyyəti strukturları məlumatlandırılması.

Tələblər:

  • Ali hüquq təhsili;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, Normativ hüquqi aktlar, İcra haqqında qanunu, Əmək Qanunvericiliyini və Beynəlxalq Qanunvericiliyi bilməli;
  • Dil Bilikləri: Azərbaycan dili (əla), Rus dili (əla), İngilis dili (əla).

Yumşaq bacarlıqlar:

  • Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət
  • İnandırma və təqdimat bacarığı
  • Nəticəyönümlülük və punktuallılıq
  • Təşəbbüskarlılıq və tələbkarlılıq

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV formasını göndərin.