Turizm xidmətləri üzrə satış məsləhətçisi

  • Bookand.Travel
  • Elanın qoyulma tarixi: 04.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin turizm xidmətləri barədə məlumatlı olmaq və bu məlumatların müştərilərə ötürülməsini təmin etmək.
  • Müştərilər tərəfindən daxil olan bütün sorğuları düzgün və dolğun şəkildə cavablandırmaq.
  • Turizm xidmətlərinin satışını təbliğ etmək və satış prosedurunu həyata keçirmək.
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək.
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri məlumatlandırmaq.
  • Gündəlik satışlar üzrə hesabatlar aparmaq və onları qüsursuz şəkildə müvafiq məlumat bazasına daxil etmək.

Tələblər:

  • Turizm sahəsində peşəkar təcrübə
  • Aviabilet və digər turizm xidmətlərinin satışı üzrə təcrübə
  • Amadeus üzrə sertifikat tələb olunan, Galileo, Sirena və Sita üzrə sertifikat arzuolunandır
  • Azərbaycan, İngilis, Rus dilində yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı
  • MS Office (Word, Excel) proqramlarından istifadə bacarığı
  • Yüksək ünsiyyət və satış bacarıqları

İş şəraiti:

  • Növbəli iş qrafiki 

Tələblərə cavab verən namizədlərdən mövzu yerində vakansiya adını qeyd etməklə CV-lərini 31.03.2024-cü il tarixinə qədər e-mail ünvanına göndərmələri xahiş olunur.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bookand.Travel tərəfindən digər vakansiyalar