İR üzrə Mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Şirkət daxili əmrləri tərtib etmək və müvafiq jurnallarda qeydiyyatın aparmaq;
  • İşçilərin əmək müqavilələrini hazırlamaq, onlarla bağlanmış müqavilələrə xitam vermək, vəzifə dəyişikliyi barədə sənədləşməni AR Əmək qanunvericiliyinə uyğun olaraq düzgün və vaxtında tərtib etmək;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq və sistemləşdirmək;
  • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını hazırlamaq, lazımi dəyişiklikləri oraya daxil etmək;
  • Əməkdaşlara lazım olan arayışları tərtib etmək;
  • Aylıq davamiyyət tabellərin tərtib etmək;
  • İşçilərin vəzifə təlimatlarını tərtib etmək;
  • Əməkdaşların icbari sığortalarını sistemə daxil etmək;
  • İş  fəaliyyəti haqqında aylıq və illik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.

Namizədə tələblər: 

  • Ali təhsil;
  • Ən azı 1 il iş təcrübəsi (İnsan Resursları sahəsində);
  • Azərbaycan, ingilis dillərini bilmək;
  • MS Office proqramlarında işləmək bacarığı; 
  • Rəsmi hesabatlara aid proqram və cihazlarda işləmək bacarığı;
  • Restoran sahəsində təcrübə üstünlükdür.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • 5 günlük iş qrafiki. 
  • Əmək haqqı: 1500 AZN

Uyğun olan namizədlərdən CV-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə mail ünvanına göndərməniz xahiş edilir.