Fit-out mühəndisi

  • Qala Group
  • Elanın qoyulma tarixi: 02.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Layihə haqqında məlumat:

SeaBreez-də yerləşən “Marina Village Sea Breeze” yaşayış kompleksi daxilində 5 hektar ərazidə İnşa olunan 7 yaşayış binasının Tikintisi, Fit-out layihələri , və kompleksin ərazisinin abadlıq işlərinin görülməsi.             

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:

  • Məsul olduğu təmir və tamamlanma layihəsinin sənədlərə uyğun  icra etmək və zəruri aktları hazırlayıb imzalamaq;
  • Sahədə işlərin icra ardıcıllıqlarını və texnoloji həllərini bilmək və icra etmək;
  • İnşaat materiallarını tanımaq və onların inşaat normalarına uyğun istifadə qaydalarını bilmək və tətbiq etmək;
  • Podratçı təşkilat və ustaların ümumi iş qrafikinə görə işlərinin təşkili, material və texnika ilə təmin etmək;
  • Sahədə layihə çizgilərini incələmək və yoxlanmasını təmin etmək;
  • Görülmüş işlər üzrə günlük, aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Ali təhsil (memarlıq və ya inşaat mühəndisliyi ixtisasından məzun olmaq)
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri;
  • Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
  • Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi;
  • (DK,MK,MH,MEP,XSK,və s. bütün sistemləri və həlləri görməyi baxımından bu əhəmiyyət daşıyır).

Namizədlərdən şəkilli CV-lərini “Fit-out mühəndisi” mövzusu ilə e-mail ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi

Qala Group tərəfindən digər vakansiyalar