Mühasib

  • Ikma
  • Elanın qoyulma tarixi: 01.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə borcu:

  • Təşkilatlara vergi hesab-fakturaların yazılması və təqdim edilməsi;
  • Ödəniş tapşırıqlarının tərtibatı; 
  • Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işlənməsi;
  • Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqların icrası;
  • Mühasibatlıqda kargüzarlıq işinin aparılması;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti operativ məlumatların təqdim etdirilməsini, mühasibat, (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edilməsi;
  • lkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edilməsi;

Tələblər: 

  • Mühasibat sahəsində təcrübə 3-5 il təcrübə;
  • Microsoft Office (Word, Excel), 1C 8.3 proqramları üzrə bilikləri;
  • Vergi və Əmək Məcəlləsi üzrə biliklər;
  • Azərbaycan və İngilis dilləri;
  • Mühasibat uçotunun müəssisələrdə təşkilinin təlimat və müddəalarını;
  • Maliyyə hesablarının forma və qaydalarını;
  • Bank ödəniş tapşırığlarının hazırlanması;
  • Qoyulan tapşırııqları düzgün və vaxtında həyata keçirmək;

Əmək haqqı: 1000-1200 AZN.