Təchizat üzrə baş mütəxəssis

İşin təsviri

Əmək funksiyası: 

  • Effektiv tədarük prosesindən istifadə etmək, habelə mallar və xidmətlər üçün rəqabətə davamlı qiymətləri əldə etməklə, müəssisənin xərclərini minimuma endirilməsini təmin etmək;
  • Şöbələr çərçivəsində tədarüklə bağlı daxili nəzarət siyasəti və prosedurlarını təmin etmək;
  • Satınalmalar üzrə məlumat bazasını düzgün aparmaq;
  • Şöbələrin material və qeyri-material ehtiyatlarının istehlakı ilə bağlı nəzərdə tutulmayan xərcləri haqqında məlumat vermək və belə xərcləri minimuma endirmək üçün məhsulların təchizatı üçün alternativ mənbələr daxil olmaqla, müvafiq tədbirlərin görülməsini tövsiyə etmək;
  • Müxtəlif şöbə rəhbərlərindən verilən məhsullara dair bütün texniki spesifikasiyaların koordinasiyasında köməklik göstərmək və tədarük siyahıları ilə onların sənədlərini aparmaq, tədarük spesifikasiyalarının tərtib edilməsinə kömək etmək;
  • Tədarükçilərlə bağlı yaranan ödəniş gecikmələri/uyğunsuzluqları aradan qaldırmaq məqsədilə mühasibatlıqla əməkdaşlıq etmək;
  • Tələb olunduqda, təchizatçının nümayəndələri ilə müsahibələr keçirmək və hər hansı tələb edilən məmulata dair spesifikasiyalar və qiymət təkliflərini əldə etmək; 
  • Yazışmaları, danışıqları və təchizat prosesini müəssisə üçün ən sərfəli olan yollarla aparmaq;
  • Təchizat üzrə meneceri tərəfindən verilən təlimata əsasən sifarişlər vermək və tədarük prosesində iştirak etmək.;
  • Məhsulların saxlanması və təqdim edilməsi üçün F.I.F.O. tətbiq etmək;
  • Zəif istifadə olunan, istifadə müddəti başa çatmış məhsulların siyahısını hazırlamaq;
  • Bütün potensial real ziyanı müəyyən etmək, onlar haqqında hesabat vermək və dərhal aradan qaldırmaq.
  • Rəhbərlik tərəfindən müəyyən edilmiş digər vəzifələri həyata keçi
  • Təchizat şöbəsinin bütün xərclərindən xəbərdar olmaq və onlara nəzarət etmək üçün müvafiq tədbirlər tövsiyə etmək;
  • Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün əməliyyat və nəzarət prosedurlarını həyata keçirmək;
  • Tenderlərin təşkili;

Tələblər:

  • Ali təhsil;
  • Qonaqpərvərlik sahəsində tələb olunan malların yerli və xarici bazarda araşdırılması;
  • Restoran və ya otel sahəsində minimum 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya İngilis dili – yaxşı;
  • Kompüter bilikləri: Micros, 1C, MS Ofis Proqramları, xüsusi ilə MS Excel üzrə biliklər;
  • İşlərin planlaşdırılması və analizi;
  • Analitik düşüncə qabiliyyəti;
  • Yüksək ünsiyyət qurmaq və komandada işləmək bacarıqları;

Vəzifə üzrə təminatlar:

  • Dünyanın məşhur alman brendində iş imkanı;
  •  “TABİA qrup” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Gündəlik qidalanma.

Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 07.03.2024-cü il tarixinədək göndərə bilərlər.

Paulaner Brauhaus Baku tərəfindən digər vakansiyalar